“Samsung” smartfonları ilə bağlı yenilik

“Samsung” smartfonları ilə bağlı yenilik

2024-cü ildə satışa çıxarılacaq “Samsung” smartfonları “Galaxy AI” süni intellekt texnologiyaları sayəsində söhbətləri real vaxt rejimində tərcümə edə biləcək.

Bu barədə Cənubi Koreya şirkəti öz saytında məlumat yayıb.

Söhbət digər proqramlardan istifadə etmək ehtiyacını aradan qaldıracaq daxili” AI Live Translate Call” funksiyasından gedir. “Danışıq zamanı audio və mətn tərcüməsi real vaxt rejimində görünəcək və başqa dildə danışan şəxslə söhbət video yayımlanarkən altyazıları yandırmaq qədər asanlaşacaq", - “Samsung Electronics” bildirib.

Qeyd edək ki, “Galaxy AI” süni intellekt texnologiyaları 2024-cü ilin əvvəlində şirkətin məhsullarında tətbiq olunacaq.

“Korea Times” qəzeti ehtimal edir ki, 2024-cü ildə buraxılacaq “Galaxy S24” seriyasından olan smartfonlar, real vaxt rejimində telefon danışıqlarını tərcümə edə biləcək.

Bundan öncə “Samsung” e-poçtlar tərtib etmək, mətnləri ümumiləşdirmək, şəkillər yaratmaq və redaktə etmək qabiliyyətinə malik olan özünün generativ süni intellekt modeli olan “Samsung Gauss”ı təqdim edib.