“Saola” qasırğası güclənir
Filippinin şərqində meydana gələn “Saola” qasırğası güclənərək superqasırğaya çevrilib və cümə axşamı Tayvana çata bilər.
Qasırğa hazırda Filippinin Luson adasından 100 kilometr şərqdə yerləşir. Meteoroloqların məlumatına görə, superqasırğanın daxilində küləyin maksimal sürəti saniyədə 63 metrə çatır. Qasırğanın yaxın saatlarda şərqə doğru və daha sonra şimal-qərbdən Tayvana doğru hərəkət edəcəyi gözlənilir.
Proqnoza görə, superqasırğanın mərkəzi Tayvanın cənubundan keçə bilər və bundan sonra “Saola” Çinin Quandun əyalətinə doğru hərəkətini davam etdirəcək.