SARO çayları xalqımızı təbrik edib

SARO çayları xalqımızı təbrik edib

SARO çayları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib.

Hər zaman müştərilərinə yüksək keyfiyyət və sərfəli qiymətlərlə xidmət göstərməyi əsas hədəf tutan SARO çayları 2023-cü ildə uğurlara imza atıb.

Bu il ərzində SARO çaylar Korporativ Sosial Məsuliyyət tədbirləri həyata keçirib. Layihələr içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutub. Bununla yanaşı bir sıra idman tədbirlərinə, o cümlədən Alpaqut idman yarışlarına da öz dəstəyini göstərib.

Şirkət Yeni il bayramı münasibətilə xalqımızı təbrik edir, hər kəsə cansağlığı, xoş ovqat və rifah arzulayır.

İnanırıq ki, qarşıdan gələn il ölkəmizə yeni uğurlar gətirəcək.

Bayramınız mübarək!