Sea Breeze layihələrində mənzillərin 1 kv metri neçəyədir?

Sea Breeze layihələrində mənzillərin 1 kv metri neçəyədir?

2024-2025-ci illər ərzində Sea Breeze ərazisində yerləşən yaşayış layihələrində mənzillərin qiymətlərində artım müşahidə olunub. Ən yüksək bahalaşma Caspian Dream Liner layihəsində qeydə alınıb. Belə ki, burada mənzillərin 1 kvadratmetrinin qiyməti 2024-cü ildə 5 500 dollar olduğu halda, 2025-ci ildə 7 000 dollara yüksəlib. Bu isə illik müqayisədə 21% artım deməkdir.

Bu barədə Emin Qəribli "Daşınmaz Əmlak: Qlobal Trendlər Sea Breeze nümuməsi" adlı təqdimatında bildirib.   

Onun sözlərinə görə, digər layihələrdə də qiymət artımı davam edib. "Palazzo Del Mare" layihəsində 1 kvadratmetrin qiyməti 1 900 dollardan 2 250 dollara yüksələrək 15% artıb. "Prime Residence" layihəsində qiymət 2 000 dollardan 2 250 dollara qalxıb ki, bu da 11%-lik artıma bərabərdir.

Eyni zamanda, "Palm Beach" layihəsində mənzillərin kvadratmetr qiyməti 2 350 dollardan 2 550 dollara yüksələrək 8% artıb. "Skyline" layihəsində isə qiymət 3 500 dollardan 3 850 dollara çatıb və burada illik artım 9%  təşkil edib.

E.Qəribli bildirib ki, bu göstəricilər Sea Breeze-də yerləşən yaşayış komplekslərinə tələbatın artdığını və bunun qiymətlərə də təsir göstərdiyini ortaya qoyur. Müşahidə olunan artımlar arasında ən yüksək göstərici "Caspian Dream Liner" layihəsinə, ən aşağı göstərici isə "Palm Beach" layihəsinə məxsus olub.

FED.AZ 2023, 2024 və 2025-ci illər üzrə Sea Breeze layihələrində mənzillərin artım qiymətlərini təqdim edir.  (Fed.az)