Bütün ölkə ərazisinə və Qarabağa 5G xidmətini gətirməyə hazırıq
Gələcəkdə biz bütün ölkə ərazisinə, o cümlədən Qarabağa 5G xidmətlərini gətirməyə hazırıq.
Bu sözləri “Nar” mobil operatorunun baş direktoru Gunnar Pahnke şirkətin 2023-cü il üzrə hesabat tədbirində deyib.
O bildirib ki, ötən illərdə şəbəkəyə çox böyük yatırımlar edilib ki, o 5G texnologiyalarına tam hazır olsun.
“Burada tənzimləmələr və müvafiq icazələrin alınması baxımından müəyyən maneələr və çətinliklər var. Bütün rəsmi proseslər və maneələr həll olduqdan sonra biz tam hazır olacağıq”, - deyə o diqqətə çatdırıb.