“Sinam” şirkətinin dövlətə 5 milyon manata yaxın vergi borcu var
“Sinam” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Sinam” MMC-nin vergi borcu 4 727 090.68 manatdır.
Xatırladaq ki, Sinam — Azərbaycanın aparıcı informasiya texnologiyaları şirkətlərindən biri olaraq rəqəmsal həllər yaradır. Şirkət 1994-cü ildə təsis olunub.”Sinam” MMC-nin nizamnamə kapitalı 44 487.92 manatdır və qanuni təmsilçisi Əbülfət Rəhmanovdur.


