Məşhurların yanında dəfn olunmaq milyonlarla dollara başa gəlir
Dünyada varlı fanatlar məşhurların yanında dəfn olunmaq üçün astronomik məbləğlər ödəyirlər.
Plat.az xəbər verir ki, ABŞ-də bu məqsədlə qəbiristanlıqlarda xüsusi yerlərin qiyməti 6 milyon dollara qədər çatır. Məsələn, 62 yaşlı investor Entoni Cabin Merilin Monronun yaxınlığında dəfn edilmək üçün 195 min dollar xərcləyib.
Ekspertlər bu tendensiyanı insanların öz kumirləri ilə əbədi bağ qurmaq və statuslarını yüksəltmək istəyi ilə əlaqələndirirlər.


