SOCAR-ın Müşahidə Şurasının tərkibi dəyişdi

SOCAR-ın Müşahidə Şurasının tərkibi dəyişdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il sərəncamında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuranın üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.