SOCAR-ın törəmə şirkətinin kapitalı 14 mln. manata qaldırılıb

SOCAR-ın törəmə şirkətinin kapitalı 14 mln. manata qaldırılıb

Dövlət Neft Şirkətinin törəməsi “SOCAR Exploration International” MMC-nin nizamnamə kapitalı artırılıb.

Nizamnamə kapitalı 14.22 milyon manata çatdırılıb.

Qeyd edək ki, “SOCAR Exploration International” MMC 2025-ci il aprelin 30-da 10 min manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Cari ilin fevral ayında şirkətin kapitalı əvvəlcə 10 min manatdan 14.12 milyon manata, iyul ayında isə 14.22 milyon manata yüksəldilib.

Xatırladaq ki, Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121 ünvanında yerləşir. Direktoru isə Rizvan Aydın oğlu Məmmədovdur. (Banker)