SOCAR prezidenti Venesuela səfiri ilə görüşüb

SOCAR prezidenti Venesuela səfiri ilə görüşüb

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Venesuela Bolivarın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüşüb.

SOCAR-dan bildirilib ki, görüşdə ölkələrimiz arasında enerji sektorunda qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri müzakirə olunub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri barədə məlumat verilib, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəflərindən bəhs edilib.

Görüş çərçivəsində SOCAR ilə Venesuela şirkətləri arasında neft-qaz sektorunda əməkdaşlıq, karbohidrogen ehtiyatlarının işlənməsi, habelə dekarbonizasiya və kadrların hazırlanması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.