"Starbucks" çökür: xalis mənfəəti 7 dəfə azaldı, yüzlərlə kafesi bağlandı

"Starbucks" çökür: xalis mənfəəti 7 dəfə azaldı,

Dünyanın ən böyük qəhvəxanalar şəbəkəsinin sahibi olan Amerikanın "Starbucks" şirkəti 2025-ci maliyyə ilinin üçüncü rübündə xalis mənfəətini təxminən 7 dəfə azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Sentyabrın 28-də başa çatan rübdə şirkətin xalis mənfəəti 909,3 milyon dollardan 133,1 milyon dollara enib.

Bu dövrdə şirkətin gəliri isə 5% artaraq 9,57 milyard dollara çatıb.

Hesabat dövründə dünya üzrə "Starbucks"ın 107 qəhvəxanası bağlanıb. Hazırda şirkətin 40 990 kafesi mövcuddur. Bunlardan 16 860-ı ABŞ-də, 8 010-u Çindədir.