Süni intellekt alıcılıq qabiliyyətimizi dəyişir

Süni intellekt alıcılıq qabiliyyətimizi dəyişir

Hazırda rəqəmsal iqtisadiyyat strategiyasını hazırlayırıq.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, Azərbaycanda rəqəmsal hökumət sahəsində yeni-yeni layihələr var, bank hesablarının açılmasında dəyişiklik var.

"Məsələn, biz “Netflix”ə 10 dollar ödəyərək filmlərə baxırıq. Biz bu gün “Duolingo”dan istifadəyə edirik. Bu o deməkdir ki, süni intellekt alıcılıq qabiliyyətimizi dəyişir. Artıq bizim soyuducularımız bizə nə alacağımızı söyləyir. Bugünkü iqtisadiyyatlar dəyişir. İqtisadiyyat Nazirliyi olaraq düşünürük ki, dünya dəyişir, biz də bununla uzlaşmalıyıq, onun ardınca getməməli, dəyişikliyin önünə keçməliyik. Artıq 7 il öncəni planlaşdırmalıyıq", - deyə F.Cəfərov qeyd edib.