Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb

Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə 2026-cı ilin ilk görüşünü keçirib.

Görüş zamanı sığorta sektorunun 2025-ci il üzrə fəaliyyətinin yekunları, yaxın və orta müddətli inkişaf perspektivləri, eləcə də sektorun dayanıqlı inkişafı üzrə prioritetləri müzakirə olunub.

Görüşdə həmçinin sığorta sektoru üzrə korporativ idarəetmənin gücləndirilməsi,risk əsaslı prudensial tənzimləmə, eləcə də icbari və könüllü sığorta növlərinin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihələr istiqamətində geniş fikir mübadiləsi aparılıb.