Telefonunuza gələn bu mesajlara aldanmayın! - XƏBƏRDARLIQ

Telefonunuza gələn bu mesajlara aldanmayın!

“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanın qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər.

Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.