"Together" süni intellekt startapı 800 milyon dollar cəlb edib

"Together" süni intellekt startapı 800 milyon dollar cəlb edib

Amerika mərkəzli süni intellekt startapı Together AI 800 milyon dollar investisiya cəlb edib. 

Valyuta.az-ın xəbərə verir  ki, şirkətin dəyəri 8,3 milyard dollara çatıb. Investorlar arasında Nvidia, avadanlıq istehsalçısı Pegatron, həmçinin Vista Equity Partners, Salesforce Ventures və Emergence Capital investisiya fondları var.

Together süni intellekt 2022-ci ildə yaradılıb. Şirkət digər şirkətlərə və istifadəçilərə müxtəlif açıq mənbəli süni intellekt modellərinə çıxış imkanı verən bulud alətləri hazırlayır. 2025-ci ilin əvvəlindən startapın kapitallaşması iki dəfədən çox artaraq 3,3 milyard dollardan 8,3 milyard dollara yüksəlib.

Cəlb olunan vəsait hesablama güclərinin artırılmasına və infrastrukturun inkişafına yönəldiləcək.