Türkiyədə bütün şəhərlərdə sığınacaq tikintisinə başlanılır

Türkiyədə bütün şəhərlərdə sığınacaq tikintisinə başlanılır

Türkiyədə təhlükəsizlik məqsədilə yeni infrastruktur layihəsinin icrasına start verilib. Layihə əhalinin fövqəladə hallarda qorunması üçün nəzərdə tutulur.

Redaksiya xəbər verir ki, jurnalist Zafer Şahinin verdiyi qeyri-rəsmi məlumata görə, artıq 81 şəhərin hamısında sığınacaq inşası üçün hazırlıqlara başlanılıb. Layihənin icrasını dövlət qurumu olan TOKİ həyata keçirəcək.

Məlumatda qeyd olunur ki, bu sığınacaqlar təbii fəlakətlər və müharibə risklərinə qarşı vətəndaşların təhlükəsizliyini təmin etməyə yönəlib. Tikinti işlərinin mərhələli şəkildə aparılması planlaşdırılır.

Mütəxəssislərin fikrincə, bu təşəbbüs Türkiyənin milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olacaq və ölkənin fövqəladə vəziyyətlərə hazırlığını gücləndirəcək.