Türkiyədə “Jet Fadıl” ləqəbli iş adamına 2504 il həbs cəzası verilib

Türkiyədə “Jet Fadıl” ləqəbli iş adamına 2504 il həbs cəzası verilib

Türkiyədə mənzil dələduzluğu ilə məşğul olan “Jet Fadıl” ləqəbli Fadıl Akgündüzə 2 504 il həbs cəzası verilib.

BusinessTime bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, İstanbul Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Jet Fadıl”ə həmçinin 12 milyon 20 min Türk lirəsi (1 050 548 manat) maliyyə cəzası verilib.

Müttəhim İstanbulun Payrampaşa regionunda və Maldiv adalarında ümumilikdə 614 nəfərə qarşı əmlak dələduzluğu etməkdə təqsirli bilinir.

O, məhkəmədə çıxışın da adıçəkilən ərazilərdəki tikinti işlərinin yekunlaşdırılması və dəymiş ziyanın qaytarılması üçün möhlət istəyib.

Yazar