Rusiyada burnunu tutub asqıran kişi xəstəxanaya düşdü

Rusiyada burnunu tutub asqıran kişi xəstəxanaya düşdü

Rusiyada bir nəfər burnunu tutaraq asqırdığı üçün qırtlaq nahiyəsini zədələyib.

Oxu.Az "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, asqırdıqdan dərhal sonra kişi boğazında xırıltı hiss edib, daha sonra isə onun boynu və yanaqları şişməyə başlayıb.

Məlum olub ki, asqırarkən yaranan güclü təzyiq nəticəsində traxeya halqaları və qırtlaq qığırdaqlarını birləşdirən bağlar partlayıb. Nəticədə ağciyərlərdən gələn hava yaranan dəlikdən yumşaq toxumalara daxil olub.

Həkimlər bu vəziyyəti cərrahi müdaxilə olmadan, konservativ üsulla müalicə ediblər. Pasiyentə hormon terapiyası və antibiotiklər təyin olunub. Müalicə müddətində ona tam istirahət, öskürməmək və asqırmamaq tövsiyə edilib. Artıq səhhəti normallaşan şəxs xəstəxanadan evə buraxılıb.