Təlim təşkilatları ilə yeni əməkdaşlıq

Təlim təşkilatları ilə yeni əməkdaşlıq

ASAN İnnovativ İnkişaf Mərkəzi kadr potensialının gücləndirilməsi, yerli və qlobal bazarda şəxsi və peşəkar inkişafa xidmət edən təlim xidmətlərinin və digər inkişaf proqramlarının təqdim edilməsi məqsədilə ölkəmizin bir sıra uğurlu təlim şirkətləri ilə əməkdaşlığa başlayıb. Bu çərçivədə "Business Management School" MMC, "Stimul NN" MMC, “SAT Group” MMC və “Develor Azerbaijan” MMC ilə əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

Memorandumlara əsasən, birgə əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlər üzrə təlim planı və proqramlar hazırlanacaq, şəxsi və peşəkar inkişafa xidmət edən layihələr, tədbirlər, proqramlar, kurslar və s. təşkil ediləcək. Həmçinin hüquqi və fiziki şəxslərin ehtiyaclarına uyğun olaraq bilik, bacarıq və səriştələrin formalaşdırılması və ya artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə kadr hazırlığı həyata keçiriləcək.

ASAN İnnovativ İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılıb.

Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə  müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.