Təsisçisi açıqlanmayan şirkət 3,3 milyon manatlıq tenderin qalibi oldu

Təsisçisi açıqlanmayan şirkət 3,3 milyon manatlıq tenderin qalibi oldu

Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin su və su təsərrüfatı obyektlərində suölçmə cihazlarının quraşdırılması" ilə bağlı tenderin qalibini açıqlayıb.
BusinessTime xəbər verir ki, 3 315 033 milyon manatlıq tenderin qalibi "CIS SOLITIONS LTD" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, sözügedən şirkət 20.11.2018-ci ildə yaradılıb, təsisçisi açıqlanmır, amma qanuni təmsilçisi Əliyev Seyfalı Ağaməşədi oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov, ev 50, m. 59-da yerləşir.

@Fed.az