KOB investisiya Fondu yaradacaq

KOB investisiya Fondu yaradacaq

Növbəti altı ay ərzində KOB investisiya Fondunun yaradılmasını planlaşdırırıq.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da agentliyin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Hazırda danışıqlar gedir, rəylər toplanılır və Maliyyə Nazirliyindən təsdiq gözlənilir. Düşünürəm ki, bu, yeni bir alətdir və sahibkarlar üçün faydalı olacaq. Biz istəyirik ki, dövlət vəsaitindən başqa, həm yerli, həm də xarici investorlar da cəlb olunsun", - deyə KOBİA sədri qeyd edib.