Uşaqların ən sevimli məkanı - Supertoys

Uşaqların ən sevimli məkanı - Supertoys
"Supertoys MMC bazarda həmişə ilklərə imza atan şirkətdir. Biz bu il oyuncaqların çatdırılmasını animatorlar vasitəsilə etdik. Belə ki, müştərilər bizdən məhsul aldıqları zaman müxtəlif animator geyimində əməkdaşlarımız evlərə məhsulları çatdırıb, uşaqları əyləndirirdilər".

Bu fikirləri Supertoys MMC-nin direktor müavini Səidə Fətullazadə deyib.

Uşaq sahəsində Supertoys mağazalar şəbəkəsi liderdir. Bunun üçün hansı işləri görürsünüz?

Supertoys hal hazırda 13 filialı ilə uşaqların sevimli məkanına çevrilib. Mağazalarımızda hər cür oyuncaq məhsulları – zehni inkişaf məhsulları, əyləncə məhsulları, musiqi alətləri, elektron məhsullar və s. Kimi çeşidlər mövcuddur. Məqsədimiz tək oyuncaq məhsulları satmaq yox, uşaqlara xoşbəxt uşaqlıq yaşatmaqdır. Bunun üçün daim mağazalarımızda uşaqlar üçün maraqlı əyləncə tədbirləri həyata keçirilir. Animator şoular, Face art, fləşmoblar, tamaşalar, bayram fotosessiyaları, futbol və basketbol çempionatları uşaqlar üçün tam ödənişsiz təşkil olunur. Tədbirlərimizə tək bizim müştərilər yox, istənilən uşaq qoşula bilər. Çünki məqsədimiz bütün uşaqları sevindirməkdir. Uşaqlardan əlavə valideynləri də unutmuruq. Sosial şəbəkə hesablarımızda tez tez valideynləri maarifləndirmək məqsədilə “Faydalı olaq” rubrikası vasitəsilə müxtəlif uşaqlarla bağlı peşə sahibləri ilə canlı yayımlar edirik. Pediatr, uşaq psixoloqu, musiqi, rəsm, idman müəllimləri, robotexnika kursları, bağça direktorları, stomatoloq, göz həkimi, xarici dil müəllimləri və s. Peşə sahibləri ilə canlı yayımlar edərkən valideynləri maraqlandıran suallar cavablandırılır və valideynlərə faydalı məsləhətlər verilir. “Oyuncaq məsləhəti” rubrikamızda oyuncaqların funksiyaları və uşaqlara faydaları izah olunur.

Supertoys mağazalar şəbəkəsi bu il nə kimi yeniliklərlə yadda qaldı?
Supertoys MMC bazarda həmişə ilklərə imza atan şirkətdir. Biz bu il oyuncaqların çatdırılmasını animatorlar vasitəsilə etdik. Belə ki, müştərilər bizdən məhsul aldıqları zaman müxtəlif animator geyimində əməkdaşlarımız evlərə məhsulları çatdırıb, uşaqları əyləndirirdilər. Hətta öncədən sifariş verdikdə uşaqlar öz sevimli personajını seçmək hüququ da qazanırlar. Əksər vaxt uşaqlar öz sevimli cizgi film personajlarını seçirlər. İndi bildiyiniz kimi yeni il ərəfəsidir. Hal hazırda bütün çatdırılmalarımız Şaxta baba ilə evlərə göndərilir. Tez tez filiallarımızda 12 animator və 12 Şaxta babanın iştirakı ilə fləşmoblar keçirilir. Həmçinin həftənin bəzi günlərində mağazalarımızda bütün əməkdaşlarımız uşaqları personaj paltarında qarşılayırlar. Uşaqlara sevdikləri personajla mağazanı gəzmək və hədiyyə seçmək çox xoş olur.
Oyuncaq sahəsində hazır kadrlar yoxdur. Onları yetişdirmək üçün nələr edirsiniz?
Əməkdaşlara həm məhsullar, həm fərdi inkişaf, həmçinin satış təlimləri davamlı keçirilir. Əməkdaşlarımız üçün motivasiya tədbirləri təşkil edilir. Hər ay “Ayın ən yaxşı işçisi”, “Ayın ən yaxşı filialı”, “Ayın ən yaxşı ideya sahibi” seçilir və mükafatlandırılır. Əməkdaşlarımız karyera planlaması edib rahatlıqla istədiyi vəzifəyə yüksələ bilirlər. Çünki yüksək vəzifələrə təyinatlar öz əməkdaşlarımız arasından seçilir. Əməkdaşlarımız tez tez xaricdə sərgilərə göndərilir. Rusiya, Belarusiya, İran, Çin, Türkiyə, Ukrayna, Polşa və s. Kimi ölkələrin oyuncaq şirkətləri ilə əməkdaşlıq edirik.
Supertoys bu ili necə yekunlaşdırdı və gələcəkdə nələr etməyi düşünür?
Supertoys bu il 2 filialını müştərilərin xidmətinə verdi. Həmçinin sosial layihələrimizin aktivliyi ilə seçildik. Hər bayramlarda bilirik ki, ən çox sevinən uşaqlardır. Biz də onları ikiqat sevindirməkdən məmnun oluruq. 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günündə animatorlarımızla birlikdə imkansız ailələrin uşaqlarına hədiyyələr apardıq. Yeni il üçün “Qadın və Uşaq sığınacağı”nda uşaqlara yolka qurduq və onlar üçün yeni il şənliyi keçirtdik. Həmçinin Lerik rayonun ucqar kəndlərində Şaxta baba ilə 4 məktəbdə 70-dən çox uşağa yeni il hədiyyələri təqdim etdik. “Soyuq əllər isti ürəklər” xeyriyyə yarmarkasının da iştirakçılarındanıq. Daim tədbirlərimizdə, layihələrimizdə şəhid və qazi ailələrinin övladlarına xüsusi diqqət ayrılır. Məqsədimiz hər bir uşağı xoşbəxt görməkdir. Buna görə daim uşaqlar üçün maraqlı tədbirlər, sosial layihələr, əyləncə şouları təşkil etməyi düşünürük.