5628 tələbə təhsil krediti alıb

5628 tələbə təhsil krediti alıb

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, payız sessiyası ərzində5628 nəfərə TTK verilib. Onların arasından 1973 nəfərin müraciəti sosial TTK, 3655 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.