“Vətəndaşa cavab” adlı yeni layihəyə - VIDEO

“Vətəndaşa cavab” adlı yeni layihəyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Vətəndaşa cavab” adlı yeni layihəyə start verib.

Belə ki, artıq sosial şəbəkələrdən Xidmətə ünvanlanan aktual vətəndaş sorğuları video formatında cavablandırılacaq. 

Layihənin həyata keçirilməsinin əsas məqsədi vətəndaşlar tərəfindən əmək qanunvericiliyi ilə bağlı ünvanlanmış müraciətlərin qısa videoçarxlar vasitəsilə cavablandırılmasını təmin etmək, əlçatanlığa və vətəndaş məmnunluğuna nail olmaqdır. 

Qeyd edək ki, layihənin ilk mövzusu “Əlilliyi olan şəxslərin əmək hüquqları”na həsr olunub.