Virtual məkanda milli onomastika məsələləri ilə bağlı tədqiqatlar aparılmalıdır

Virtual məkanda milli onomastika məsələləri ilə bağlı tədqiqatlar aparılmalıdır

Müasir dövrdə virtual məkanda dil problemləri son dərəcə aktualdır. Onomastika sahəsində dünya təcrübəsinin, müasir çağırışların, beynəlxalq konvensiyaların öyrənilməsi vacibdir. Azərbaycanda da milli onomastika sahəsində yarana biləcək təhlükələr, problemlər dərindən araşdırılmalı, “milli onomastik təhlükəsizlik”, eləcə də “IoT-onomastika” ilə bağlı tədqiqatlar aparılmalıdır.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev elmi seminarda məlumat verib.

Alim Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda bu kimi məsələlərə xüsusi diqqət ayrıldığını qeyd edib. Həmin Dövlət Proqramında müvafiq qurumlar və alimlər qarşısında bir sıra mühüm vəzifələrin müəyyənləşdirildiyini vurğulayıb.