Vüqar Əhmədov vətəndaşları qəbul edib

Vüqar Əhmədov vətəndaşları qəbul edib
Prezident cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 15-də Göygöl rayon Heydər Əliyev Mərkəzində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.