Xaçmaz RİH-nin əməkdaşı DYP-ni məhkəməyə verdi - işə Əhəd Abıyevin qardaşı oğlu baxacaq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məhkəməyə verilib.
“BusinessTime” xəbər verir ki, qurumla bağlı Bakı İnzibati Məhkəməsinə vətəndaş Nağıyev Vüqar Rizvan oğlu müraciət edib.
Mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlər olan iş hakim Nəriman Abıyevin icraatındadır.
Məsələ ilə bağlı hazırlıq icraatı 2025-ci ilin 18 fevralına təyin edilib.
Qeyd edək ki, V.Nağıyev Xaçmaz Rayonu İcra Hakimiyyətinin Memarlıq şöbəsinin aparıcı məsləhətçisidir.
İşə baxan hakim isə Milli Məclisin sabiq deputatı və Daşkəsənin keçmiş icra başçısı olmuş Əhəd Abıyevin qardaşı oğludur.