Yelo Bank A4 kağızın alışına dair açıq tender elan edir

Yelo Bank A4 kağızın alışına dair açıq tender elan edir

"Yelo Bank” ASC bankdaxili ehtiyaclarının təmin edilməsi məqsədilə "A4 kağızın alışı”na dair açıq tender proseduruna start verdiyini elan edir.

Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı meyarlara cavab verməlidir:

- Müvafiq sahədə yüksək peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanlarına, habelə idarəetmə səriştəsi və etibarlığına malik olması;

- Maliyyə dayanıqlığı və ödəmə qabiliyyətinin olması;

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması (əmlak üzərinə həbs qoyulmamalı, tələb yönəlmiş təminat predmeti olmamalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması;

- Müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün qanunvericiliklə tələb olunan lisenziya və ya icazələrə malik olması;

- Müflis elan olunmaması və məhkəmə qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması.

Tender təklifləri 16 mart 2026-cı il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81 K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. Tenderlə bağlı bütün ətraflı məlumatlar və texniki şərtlərlər ilə linkə keçid edərək tanış ola bilərsiniz: https://ylb.az/a4tender.

Bankdan tecili kreditəldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.azhesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!