Yeni Klinikada daha bir uğurlu əməliyyat

Yeni Klinikada daha bir uğurlu əməliyyat

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində  ilk dəfə olaraq 98 yaşlı xəstənin bud-çanaq oynağının artroplastikası (endoprotez) əməliyyatı uğurla icra edilib.

Sol bud sümüyü sınığı şikayəti ilə müraciət edən xəstə dərhal müayinə olunaraq əməliyyata alınıb.

Uzman travmatoloq Elşən Nəcəfov və anestezioloq-reanimatoloq Lalə Əliyevının iştirakı ilə baş tutan endoprotez əməliyyatından sonra 98 yaşlı xəstə ambulator müalicə üçün evə yazılıb.