Yeni proqrama start verilir

Yeni proqrama start verilir

“Məktəb liderliyi” proqramı üzrə müsahibə mərhələsinə start verilir

“Məktəb liderliyi” proqramının II çağırışı üzrə müsahibə mərhələsinə start verilir. Müsahibələr onlayn və əyani formalarda keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan müraciət edən namizədlər üçün əyani müsahibə 6-15 sentyabr tarixlərində, digər şəhər və rayonlardan müraciət edən namizədlər üçün isə onlayn müsahibə 16 sentyabrdan təşkil olunacaq.

Qeyd edək ki, müsahibələrin keçirilmə vaxtı ilə bağlı dəvət imeylləri növbəli şəkildə göndərilir. Elektron poçt ünvanınızın “Gələnlər” və “Spam” bölmələrini mütəmadi yoxlamağınız tövsiyə olunur.