Yeni süni intellekt modeli yaradılıb

Yeni süni intellekt modeli yaradılıb

Məxsusi olaraq İsveç dövlət sektorlarının əməkdaşları üçün yaradılmış və “Chat GPT”yə bənzər süni intellekt modeli gələn həftə istifadəyə veriləcək.

Süni intellekt modelinin ideyası ondan ibarətdir ki, o, dövlət qulluqçularının köməkçisi funksiyasını yerinə yetirməlidir – mətni ümumiləşdirməyi və təhlil etməyi, oxumanı və hesabatların, tətbiqlərin və digər sənədlərin tərtib edilməsini yüngülləşdirməyi bacarmalıdır.

Layihənin arxasında bir sıra bələdiyyə və region ilə birgə dövlət tərəfindən qismən maliyyələşdirilən “AI Sweden” təşkilatı durur. Modelin 2026-cı ildə miqyaslı istifadəyə verilməsi nəzərdə tutulur. Bu cür sistemlər bəzi vəzifələrin öhdəsindən yaxşı gəlir, lakin bununla belə özlərini gözlənilməz şəkildə aparırlar.

Layihənin birinci mərhələsi 2024-cü ilin yayına qədər davam edəcək.

Birinci dövrün maliyyələşdirilməsi “Vinnova” dövlət şirkətinə 762 min dollara başa gələcək. Eyni zamanda “AI Sweden” təşkilatı təkcə mətni deyil, həm də görüntü və səsi emal edə biləcək “GPT-SW3”in işlənib hazırlanmasına başlayır. Bu layihəyə 717 min dollar ayrılıb.