Yeyinti məhsullarının ixracı artıb

Yeyinti məhsullarının ixracı artıb

2023-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsullarının ixracı 5,7 faiz artaraq 169,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici qeyri-neft ixracının 18,6 faizini təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 bənd daha azdır. 2023-cü ilin 3 ayı ərzində aqrar və aqrar-sənaye məhsullarının ixracı 3,4 faiz artaraq 178,9 milyon ABŞ dolları təşkil edib.

Bunu BusinessTime.az-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə deyib.

Sözügedən artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq kənd təsərrüfatına dayanan sənaye istehsalı ilə əlaqədardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar-sənaye məhsulları ixracı 19,6 milyon ABŞ dolları və ya 56,3 faiz artıb. Adıçəkilən sənayenin istehsalının artımı emal edilən heyvan mənşəli məhsullar və alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. Bu içkilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə artıb.