“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa olunan ilk yedək gəmisi istismara verilib

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa olunan ilk yedək gəmisi istismara verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan ilk yedək gəmisi istismara verilib.

BusinessTime ASCO-ya istinadən xəbər verir ki, gəmi Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilib.

“ASCO 1” adlı gəminin uzunluğu 26 metr, eni 6,7 metr, bortunun hündürlüyü 3 metr, suya oturumu 1,8 metr, dedveyti 14 tondur. 6 nəfərlik heyətlə idarə olunan gəmi 9 uzellə hərəkət edəcək. Yedək gəmisi göyərtəsində 3 tonadək yük daşıya biləcək.

Gəminin layihələndirilməsini ASCO-nun Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutunun (“Xəzərdənizlayihə ETİ”) əməkdaşları yerinə yetiriblər.

Xatırladaq ki, ZGTTZ-də geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir.

Hazırda Zavodda daha 5 ədəd eyni tipli gəminin inşası davam edir. Bu gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.