11 ayda 807,4 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 807,4 milyon dollar dəyərində 762,2 min tondan çox meyvə və tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 28,6 faiz, həcmi isə 24,9 faiz artıb.
Cari ilin 11 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,45 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 24,34 faizə bərabər olub.

