Azərbaycanda ilk beynəlxalq yük hava limanı bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK
"Ələt Azad İqtisadi Zonasında tikilməkdə olan ilk beynəlxalq yük (karqo) hava limanı 2027-ci il aprelin sonunda istifadəyə veriləcək".
BusinessTime xəbər verir ki, bu fikirləri Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, birinci mərhələdə hava limanının karqo gücü ildə 500 000 ton olacaq:
"Daha sonra tədricən artaraq ildə ən azı 2 milyon tona çatacaq. ƏAİZ daxilindəki karqo hava limanı ənənəvi gömrük rəsmiləşdirilməsi maneələrini, mürəkkəb tranzit logistikanı və ikili təyinatlı bürokrataik nəzarəti aradan qaldıracaq".


