21 Rusiya şirkətinin Bakıda məhsulları təqdim olunacaq

21 Rusiya şirkətinin Bakıda məhsulları təqdim olunacaq

2022-ci il iyunun 1-də Bakıda 27-ci Xəzər Neft və Qaz Beynəlxalq Sərgi və Konfransı açılacaq.

Sərgidə 21 Rusiya şirkətinin məhsulları “Made in Russia” pavilyonunda təqdim olunacaq.

“Made in Russia” pavilyonunun sahəsi 575 kv. m olacaqdır. Burada xüsusilə, neft-kimya sənayesi üçün avadanlıq istehsalçılarının maksimum lokalizasiya dərəcəsinə malik məhsulları təqdim olunacaq. 

"Made in Russia" pavilyonunda təqdimatlardan əlavə, Rusiya və xarici şirkətlərin nümayəndələri arasında 100-dən çox B2B görüşləri və potensial əməkdaşlıq üzrə danışıqlar aparılacaq.

“Xəzər dənizinin neft və qazı” sərgisi iyunun 3-dək açıq olacaq.

BusinessTime