“Azertelecom”un həmtəsisçisi olduğu şirkət ləğv edilir

Azərbaycanın "Azertelecom" və Rusiyanın "Synterra" şirkətləri tərəfindən 2009‑cu ilin may ayında Bakı şəhərində təsis olunmuş birgə müəssisə olan “C-Ring Telecom” MMC ləğv olunduğunu elan edir.

"BusinessTime" "PostMedia"ya istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 11 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, nizamnamə kapitalı 20 000 manat olan şirkətin əsas səhmdarları hər biri 50 % paya malikdir və onun qanuni təmsilçici Kərimova Könül Dadaş qızıdır.