"Microsoft" işçiləri ixtisar etdi: Şirkət rekord rüblük gəlir qazandı
ABŞ-nin texnologiya nəhəngi "Microsoft" işçi qüvvəsinin 25 faizindən çoxunu ixtisar edəcəyini elan etdikdən qısa müddət sonra rüblük mənfəətinin 36,6 milyard dolları üstələdiyini bəyan edib.
BusinessTime xarici mediaya istinadən xəbər verir ki, korporasiyanın rüblük gəliri illik müqayisədə 19 faiz artaraq 92,3 milyard dollara çatıb. Xərcləri optimallaşdırmaq məqsədilə 60 minə yaxın əməkdaşına işdənçıxma təzminatı təklif edən şirkət hazırda əsas diqqətini süni intellekt infrastrukturuna yönəldərək bu sahəyə milyardlarla dollar sərmayə yatırır.
İnvestorların diqqətlə izlədiyi bu texnoloji yarış çərçivəsində "Amazon", "Meta" və "Alphabet" kimi digər nəhənglərin də cari ildə süni intellekt layihələrinə 700 milyard dollardan çox vəsait xərcləyəcəyi proqnozlaşdırılır.


