"ASCO istiqrazları" dövriyyəyə buraxılır
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 100 milyon ABŞ dolları dəyərində "ASCO istiqrazları" dövriyyəyə buraxılır.
Hər birinin nominal dəyəri min dollar olan 100 min ədəd istiqraz 5 il dövriyyədə olacaq. Onların gəlirliliyi 6 faizdir və faizlər 6 aydan bir ödəniləcək.

