ETSN-də Aparat rəhbəri vəzifəsi ona həvalə olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib.
Bu barədə “Qafqazinfo”ya ETSN-in mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, Fərman Qurbanlı bu təyinatadək Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.


