AZPROMO 230 min manata stend qurdurur

AZPROMO 230 min manata stend qurdurur

Azərbaycan Respublikasının İxracın Və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) Yaponiyanın Tokio şəhərində keçiriləcək "Foodex Japan 2024" sərgisində stendin hazırlanması, quraşdırılması və dizaynı xidmətlərinin satın alınması məqsədi ilə keçirdiyi tenderin qalibi bəlli olub.

BusinessTime xəbər verir ki, təkliflər sorğusunun qalibi "Sanda Exhibition Design (HK) Co., Limited adlı şirkət olub.

Satınalma predmeti olan xidmət üçün AZPROMO qalibə 229 999,8 min manat ödəniş edəcək.

Xatırladaq ki, adıçəkilən sərgi bu ilin martın 5-i 8-i aralığında baş tutacaq.