Emin Hüseynov: "Ağdam və Füzulinin baş planları təsdiq olunub"

Emin Hüseynov: "Ağdam və Füzulinin baş planları təsdiq olunub"

“Artıq Ağdam və Füzuli şəhərləri, həmçinin Suqovuşan və Hadrut qəsəbələrinin baş planları hazırdır. Ağdam və Füzuli şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq olunub”.

BusinessTime xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

E.Hüseynovun fikrincə digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanıb:

“Qarabağ İqtisadi Rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir”.

Yazar