Tbilisi aeroportunda yeni sistem quraşdırılıb

Tbilisi aeroportunda yeni sistem quraşdırılıb

Tbilisi beynəlxalq hava limanında sərnişinlər üçün yeni sistem tətbiq olunacaq.

Aeroportun uçuş zalında sərnişinlərin özlərini sərbəst şəkildə qeydiyyatdan keçirmək üçün köşklər yerləşdirilib. Burada quraşdırılmış EASIER aparatı sərnişinlərə uçuşa bir neçə saat qalmış qeydiyyatdan keçmək, oturacaq seçmək və minmə talonu əldə etmək imkanı yaradır.

Qeydiyyat prosedurunu sadələşdirmək məqsədi daşıyan layihə Tbilisi və Batumi beynəlxalq hava limanlarını idarə edən “TAV Georgia” şirkətinə 150 min lariyə başa gəlib.