“WhatsApp” bu telefonlarda işləməyəcək

“WhatsApp” bu telefonlarda işləməyəcək

“Meta” kompaniyasının “WhatsApp” tətbiqi əməliyyat sistemi köhnəlmiş “Android” smartfonlarında işləməyəcək.

“WhatsApp” tətbiqi 2023-cü il oktyabrın 24-dən etibarən yalnız “Android” sisteminin 5.0 və daha yuxarı versiyalarında çalışacaq.

Tətbiqin məlumat mərkəzi hələ sentyabr ayının sonlarında bununla bağlı xəbərdarlıq etmişdi.

“WhatsApp” “Android” sisteminin 5.0 və daha yuxarı versiyalı əməliyyat sistemlərindən başqa, iOS sisteminin 12 və daha yüksək versiyalı “iPhone” smartfonlarından, həmçinin “JioPhone” və “JioPhone 2” də daxil olmaqla, “KaiOS 2.5.0” telefonlarından istifadəni tövsiyə edir.