Xiaomi 13T seriyası Azərbaycanda satışa çıxarılır

Xiaomi 13T seriyası Azərbaycanda satışa çıxarılır

Azərbaycanda öz bədii istedadlarını üzə çıxarmağa hazır olan alıcılar üçün yaradılmış Xiaomi 13T seriyalı yeni smartfonlar satışa çıxarılır. Təkmilləşdirilmiş məhsuldarlıq optimallaşdırma arxitekturası, uzun batareya ömrü və kristal təmiz ekranı sayəsində Xiaomi 13T seriyalı smartfonlar fotoçəkiliş, videoya baxmaq və ya gündəlik istifadə üçün üstün təəssüratı təmin edir.

 Leica-nın peşəkar səviyyəli fotoqrafiya imkanları ilə şah əsərinizi yaradın

 Smartfon istifadəçilərinin yüksək tələblərinə cavab verən Xiaomi 13T Pro və Xiaomi 13T Summicron linzaları olan üç Leica kamerası sayəsində peşəkar səviyyədə fotoçəkiliş təklif edir. Bunlara 24 mm ekvivalent fokus məsafəsinə malik 50 MP geniş bucaqlı kamera və daha çox işıq toplamaq və yüksək dinamik diapazonlu çəkilişləri dəstəkləmək üçün 7P asferik linza və 50 mm ekvivalent fokus məsafəsinə malik 50 MP teleobyektiv daxildir. 15 mm ekvivalent fokus məsafəsinə malik 12 MP ultra geniş bucaqlı kamera panoramik çəkilişlər və heyrətamiz mənzərələri çəkmək üçün idealdır. 100% DCI-P3 sayəsində Xiaomi 13T Pro və Xiaomi 13T kameraları hər sehrli anı çəkməyə imkan verən daha geniş rəng diapazonuna malikdir.

 Xiaomi 13T seriyalarında həmçinin ilk dəfə Xiaomi 13 Ultra-da tətbiq edilən Pro rejimində xüsusi istifadəçi fotoüslubları funksiyası mövcuddur. Bu, sonrakı emal üçün daha çox detalı və rəngi qoruyub saxlayaraq, əvvəlki mərhələdə tonallığı və teksturanı tənzimləməyə imkan verir. Öz şəxsi fotoqrafiya üslubunuzu yaratmaq üçün üstünlük verilən ilkin parametrlər də yadda saxlanıla bilər.

 Orijinal Leica şəklini əldə etmək üçün iki vizuallaşdırma profili açın. Leica Authentic güclü kontrastları qorumaqla klassik Leica üslubuna uyğun gəlir. Leica Vibrant ilə mülayim işıq və rəng tənzimləmələri sayəsində şəkillər parlaq alınır və bununla yanaşı təbii qalır.

 Xiaomi ProFocus texnologiyası sayəsində Xiaomi 13T seriyalı kameralar fotoqraflara inanılmaz detallaşdırma ilə şəkillər çəkməyə imkan verir: itlər və quşlar kimi sürətlə hərəkət edən obyektlərin iri planda möhtəşəm fotoşəkillərindən tutmuş insanların və yerlərin heyranedici görüntülərinə qədər.

 Heyrətamiz yeni videoçəkiliş imkanları

 Xiaomi 13T Pro ilə videoçəkiliş arzularınız gerçəkləşəcək. Rəng və detal üzərində heç vaxt görülməmiş nəzarət təklif edən 10 bitlik LOG 4:2:0 H.265 videoçəkiliş dünyasına qərq olun. Əvvəlcədən qurulmuş Rec.709 LUT funksiyası misilsiz rəng dəqiqliyini və vizual dərinliyi təmin etməklə videolarınıza peşəkar sehr toxunuşu əlavə edir.

 Xiaomi smart cihazlarında fərdiləşdirmə həmişə xüsusi yer tutur və Xiaomi 13T Pro həm də sizə unikal baxışınızı ifadə etmək azadlığı vermək üçün nəzərdə tutulub. Sevimli LUT üslubunuzu cihazınıza idxal edin və videolarınıza sizə məxsus xarakterinizi verin. Bundan əlavə, Xiaomi 13 Pro 8K formatında video çəkmək imkanına malikdir ki, bunun sayəsində videoçəkilişin hər bir səhnəsi, hər nüansı, hər bir detalı kinematoqrafiya keyfiyyəti ilə çəkiləcək. 50 MP geniş bucaqlı kamera OIS və EIS-i dəstəkləyir ki, bu da videolarınızın hərəkət edərkən belə sabit qalmasını təmin edir.

 Xiaomi 13T-nin arxa kameraları bütün fokus məsafələrində 4K video çəkilişini dəstəkləyir, həmçinin videoları tez və səmərəli şəkildə redaktə etməyə imkan verir. Pro rejimində Qalereya proqramında video redaktoru funksiyası sosial media platformaları və ya şəxsi vloqlar üçün qısa videolar yaratmaq üçün ideal olan titrləri və əlavə audio trekləri ayrıca trek kimi asanlıqla redaktə etməyə imkan verir.

 Audio və video məzmuna dalmaq

 Xiaomi 13T Pro və Xiaomi 13T enerji səmərəliliyinin artırılması və batareyanın uzun müddət işləməsinin geniş imkanları ilə seçilir ki, bu da istifadəçilərə smartfondan daha sürətli və səmərəli istifadə etmək imkanı verir.

 Xiaomi 13T Pro 3,35 GHz-ə qədər tezliyi təmin edən sürətli səkkiznüvəli prosessorlu MediaTek Dimensity 9200+ çipsetlə təchiz edilib. O, həmçinin quraşdırılmış Arm Immortalis-G715 qrafik prosessoruna malikdir ki, bu da təsvirin emalını yaxşılaşdırır, bunun sayəsində oyun prosesləri rəvan gedir və avtonom işləmə müddətinin davamlılığına şübhə yaratmır. Xiaomi 13T ən son 4 nm TSMC texprosesindən istifadə edərək yüksək enerji səmərəliliyini təmin etmək üçün nəzərdə tutulmuş MediaTek Dimensity 8200-Ultra prosessoru ilə təchiz edilib ki, bu da CPU və GPU məhsuldarlığını artırmağa imkan verir. Xiaomi 13T-də istilik qəbuledicisi telefonun soyudulmasını təmin edən 5000 mm qalınlığında paslanmayan polad lövhə VC sayəsində təkmilləşdirilib.

 Xiaomi 13T Pro, telefonu 19 dəqiqə ərzində 100% enerji ilə doldurmağa imkan verən Xiaomi 120W HyperCharge funksiyasını dəstəkləyir. Hər iki cihaz sürətli enerji doldurma funksiyası ilə təchiz olunub: Xiaomi 13T Pro 5 dəqiqə ərzində 36%, Xiaomi 13T isə 21% şarj olunur. ISP (Internal Shortage Precaution), SOA (Safety Operating Area), DTPT (Dynamic Turbo Power Technology) texnologiyaları sayəsində Xiaomi 13T seriyası 5000 mAh (tipik dəyər) tutumlu böyük batareyanın təhlükəsiz istifadəsini təmin edir.

 

IP68 su və tozdan qorunma ilə müasir ultradəbli dizayn

 Xiaomi 13 seriyasının klassik dizayn tərzini nümayiş etdirən Xiaomi 13 Pro və Xiaomi 13T üç rəng variantında mövcuddur: mavi, yaşıl və qara. Mavi rəngdə olan modelin arxa paneli əlinizdə tutmaq üçün çox rahat olan yumşaq və zərif teksturaya malik Xiaomi BioComfort ilə işlənib. Yaşıl və qara rəngdə olan modellərin arxa paneli, əksinə, ona zəriflik və dəbdəbə bəxş edən parlaq şüşədən hazırlanır. Hər iki smartfon möhkəmdir və suya və toza davamlılıq baxımından IP68 dərəcəsinə malikdir. Bu cəlbedici və davamlı smartfonlar həyatın hər həyəcan verici anını çəkmək, izləmək və həyatın hər maraqlı anına qərq olmaq üçün cəsarətlə istifadə edilə bilər.

 Qiymət və mövcudluq

Azərbaycanda Xiaomi 13T Pro və Xiaomi 13T sentyabrın 29-dan etibarən satışa çıxarılacaq və üç rəng variantında təklif olunacaq: mavi, yaşıl və qara. 12 GB + 256 RRP konfiqurasiyasında Xiaomi 13T modelinin qiyməti 1399,99 AZN, 12 GB + 512 RRP versiyası isə 1799,99 AZN təşkil edəcək.

Oktyabrın 8-dək Xiaomi 13T alan müştərilərə Xiaomi Smart Band 8 fitnes qolbağı, Xiaomi 13T Pro alanlara isə Xiaomi Watch S1 Active smart saatı hədiyyə ediləcək.

 Məhsulların şəkilləri ilə burada tanış ola bilərsiniz: Xiaomi 13T seriyası