"YouTube"da problem yaranıb

"YouTube"da problem yaranıb

Bu gün səhər saatlarında ABŞ-də YouTube video hostinqində fasilələr müşahidə olunur.

BusinessTime xəbər verir ki, bu barədə internet resurslarının işinə nəzarət edən Downdetector portalının səhifəsində bildirilib.

ABŞ-də 1,3 mindən çox istifadəçinin "YouTube"un işində pozuntular barədə şikayəti qeydə alınıb.

Şikayətçilərin 56%-i videoya baxarkən çətinliklə üzləşib, 27%-i xidmət proqramına daxil olmaqda çətinlik çəkib, daha 17%-i saytda nasazlıqlar olduğunu bildirib.