"AccessBank"ın kredit portfeli 1,9 % artıb

"AccessBank"ın kredit portfeli 1,9 % artıb

"AccessBank" QSC-nin 2024-cü ilin 2-ci rübü üzrə kredit portfeli 1 033 239 min manat təşkil edib.

BusinessTime "AccessBank"ın maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın kredit portfeli 2024-cü ilin 2-ci rübünün sonuna olan vəziyyətin 2023-cü ilin sonuna olan vəziyyətlə müqayisədə 19 474 min manat və ya 1,9 % artıb.