Adi noxud bizi xərçəngdən qoruyurmuş
Noxud yemək ürək xəstəlikləri və bağırsaq xərçəngi riskini azaldır.
İqtisadiyyat.az xəbər verir ki, bu fikri britaniyalı məşhur həkim-terapevt Amir Xan Daily Mirror-a müsahibəsində bildirib.
Mütəxəssis qeyd edir ki, bir çox digər karbohidrat tərkibli qidalardan fərqli olaraq, noxud qanda şəkərin səviyyəsinin kəskin artmasına səbəb olmur.
"Bu amil noxudu diabet xəstələri və qanda qlükoza səviyyəsini izləyənlər üçün təhlükəsiz edir", -həkim deyib.
O həmçinin bildirib ki, noxudu salatlara, şorbalara və digər yeməklərə əlavə etmək və ya garnitür kimi istifadə etmək olar: "Bu məhsul kalium və maqneziumla zəngindir. Bunlar ürək-damar sağlamlığını dəstəkləyən və qan təzyiqini tənzimləməyə kömək edən minerallardır".
Doktor Xan qeyd edib ki, bu qida növü yüksək həll olunan lif tərkibinə görə bağırsaqdakı bəzi arzuolunmaz proseslərin qarşısını alır. Noxudun müntəzəm istifadəsi kolorektal xərçəng riskini də xeyli azaldır.

