ADY Bayram günlərində Qəbələyə hər gün səfər təşkil edəcək

ADY Bayram günlərində Qəbələyə hər gün səfər təşkil edəcək

Artan şərnişin tələbatı nəzərə alınaraq "Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus sürətli sərnişin qatarları bayram günlərində hər gün Qəbələ istiqamətində hərəkət edəcək.

Bu barədə BusinessTime-a ADY-dən məlumat verilib.
Belə ki, Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01– 06 yanvar 2024-cü il tarixlərində Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Həmçinin Qəbələ Dəmiryol Vağzalında yeni fəaliyyətə başlamış “coffeeshop” sərnişinlərin asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır.

Qurumun açıqlamasında deyilir ki, ADY sərnişinlərini mənzilbaşına təhlükəsiz və Rahat çatdırılması üçün xidmət keyfiyyətini vaxtaşırı təkmilləşdirir və vaqon parkını müasirləşdirir.