Yanqo yeni təhlükəsizlik funksiyalarını işə saldı

Yanqo yeni təhlükəsizlik funksiyalarını işə saldı

“Yango” texnologiyaları sürət həddini aşan və sükan arxasında kəskin manevrlər edən sürücülərin nisbətini 1,5 dəfə azaldıb.

Bu yaxınlarda Yanqo servisi Azərbaycanda yeni təhlükəsizlik funksiyalarını işə salıb - sürət və sürücülük tərzinin monitorinqi. Şirkət ilkin nəticələrə yekun vurub: sistematik olaraq sürət həddini aşan və kəskin manevrlər edən sürücülərin nisbəti 1,5 dəfə azalıb.

Sürücü sifarişi yerinə yetirdikdə, texnologiya GPS vasitəsi ilə onun marşrutunu izləyir və hərəkət sürətini müəyyən edir. Bu sürət marşrutların qurulması üçün istifadə olunan naviqatorun məlumatlarına əsasən bu ərazidə icazə verilən maksimal hədlə müqayisə edilir. Həmçinin xüsusi modellər sürücü tətbiqində akselerometrdən əldə olunan məlumatları emal edir və manevrlərin rəvanlığını qiymətləndirir.

Sürücü sistematik olaraq sürət həddini aşırsa, sərt manevrlər edirsə, zolaqları dəyişirsə və ya çox kəskin sürət yığırsa, sistem ona avtomobili daha rəvan idarə etməyin zəruriliyi barədə xəbərdarlıqlar göndərir. Sürücü idarəetmə tərzini dəyişməzsə, sistem onun sifarişlərə girişini məhdudlaşdıra bilər.

Rəvan idarəetmə tərzi və sürət həddinə riayət təhlükəsiz idarəetmənin əsas amilləridir, ona görə də bu göstəricilərə xüsusi diqqət yetirilir.

“Yango” beynəlxalq onlayn servisi Bakıda 2022-ci ilin iyulunda fəaliyyətə başlayıb. Xidmətin əsas üstünlüyü istifadəçilərə komfort və eyni zamanda əlçatan səfərləri, sürücülərə isə - boş dayanma vaxtlarının azalmasını, sifarişlərin sayının və qazancların artırmasını təmin edən marşrutlaşdırma, naviqasiya texnologiyaları və alqoritmlərdir.

Pulsuz “Yango” tətbiqi iOS və Android üçün əlçatandır.”Yango” Azərbaycan, ingilis və digər dilləri dəstəkləyir.